Ermənistanda Solovyovun proqramını mədəni və ya bədii proqram əvəz edəcək


Teleaparıcı Vladimir Solovyovun Ermənistanın ictimai multipleksindəki proqramı mədəni və ya bədii proqramla əvəz ediləcək.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu parlamentdə Televiziya və Radio Komissiyasının rəhbəri Tiqran Akopyan 2023-cü il üçün görülən işlər haqqında hesabat təqdim edərkən deyib.
Akopyan Ermənistanın televiziya və radio yayımı şəbəkəsinin tənzimləyici orqanı tərəfindən “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişlərinin ictimai multipleksdə bloklandığını və qərarın daimi pozuntu faktları əsasında qəbul edildiyini bildirib.
“Nazirlik indi Rusiya tərəfi ilə işləyir, əgər səhv etmirəmsə, Solovyovun proqramı əvəzinə başqa bir mədəni və ya bədii rus proqramı olacaq”, - Akopyan deyib.
O xatırladıb ki, Ermənistanda dövlətlərarası razılaşmaya əsasən yayımlanan Rusiya kanalları qanun pozuntularına yol verdikdə müvafiq protokol tərtib olunur və ölkənin Yüksək Texnologiyalar Sənayesi Nazirliyinə göndərilir.
T. Akopyanın sözlərinə görə, əsas pozuntulara zorakılığa çağırış, eləcə də müharibəyə təhrik edən bəyanatlar daxildir.
Komissiya sədri onu da bildirib ki, kabel televiziyaları ilə bağlı belə məhdudiyyətlər yoxdur.
Qeyd edək ki, bundan əvvəl yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan Rusiya ilə danışıqların nəticəsiz qalacağı təqdirdə Ermənistanın Rusiya telekanallarının yayımına dair sazişi birtərəfli qaydada dayandıra biləcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top