Rusiyanın məşhur azərbaycanlı vəkili Ukrayna müharibəsində yaralandı


Rusiyanın əməkdar artisti Mixail Yefremovun keçmiş vəkili, məşhur azərbaycanlı hüquqşünas Elman Paşayev Ukraynada, Uqledar yaxınlığında yaralanaraq xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyinə vəkilin özü məlumat verib.
“Mən Ukrayna Silahlı Qüvvələrinin Uqledar yaxınlığında yerləşən bölməmizə hücumu nəticəsində yaralanmışam. İndi xəstəxanadayam. Həkimlər mənə kömək edirlər. Mənə danışmaq çətindir”, - məşhur hüquqşünas deyib.
İlkin məlumatlara görə, o, pilotsuz təyyarənin hücumu nəticəsində yaralanıb.
Paşayevin “Telegram” kanalında bildirilir ki, o, döyüş tapşırığını yerinə yetirərkən pilotsuz təyyarənin hücumuna məruz qalıb. Onun yoldaşını müdafiə etdiyi qeyd edilir.
“Elman Paşayevin həyatı üçün təhlükə yoxdur, ancaq yarası ağırdır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Paşayev aktyor Mixail Yefremovun işində iştirakı nəticəsində şöhrət qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top