Ermənistan müdafiə naziri Fransalı senatorla hərbi əməkdaşlığı müzakirə etdi


Ermənistan müdafiə naziri Suren Papikyan aprelin 30-da Fransa Senatının xarici əlaqələr, müdafiə, silahlı qüvvələr və Avropa işləri üzrə komissiyalarının üzvü Ronan Le Qloyo ilə Ermənistan Silahlı Qüvvələrində aparılan islahatları müzakirə edib.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində ikitərəfli əlaqələr, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top