Qazaxıstanda keçmiş daxili işlər naziri saxlanıldı


Qazaxıstanın hüquq-mühafizə orqanları 2022-ci ilin yanvarında baş vermiş kütləvi iğtişaşlarla əlaqədar respublikanın keçmiş daxili işlər naziri Erlan Turqumbayevi saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, keçmiş daxili işlər naziri ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə saxlanılıb.
Baş Prokurorluğun məlumatına görə, cinayət işində dövlət sirri təşkil edən məlumatlar var, ona görə də ibtidai istintaqın digər məlumatları açıqlana bilməz.
Qeyd edək ki, Erlan Turqumbayev 2019-cu ildən 2022-ci ilədək respublikanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib.
Xatırladaq ki, 2022-ci il yanvarın əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib, onun iştirakçıları polisə və hərbçilərə hücum ediblər. Prezident Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd elan edib və kömək üçün KTMT-yə müraciət edib. Yanvarın 7-də vəziyyət sabitləşib, yanvarın 19-da bütün ölkədə fövqəladə vəziyyət ləğv edilib. Səlahiyyətlilərin məlumatına görə, iğtişaşlar zamanı 238 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top