Si Cinpin Avropaya səfər edəcək


Çin Prezidenti Si Cinpin mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.
“Fransa Prezidenti Emmanuel Makron, Serbiya Prezidenti Aleksandr Vuçiç, Macarıstan Prezidenti Tamaş Şuyok və Baş nazir Viktor Orbanın dəvəti ilə Çin Prezidenti Si Cinpin mayın 5-dən 10-dək bu üç ölkəyə dövlət səfərləri edəcək”, - Hua Çunyin bildirib.
Digər tərəfdən, AFP agentliyinin Yelisey sarayına istinadla verdiyi məlumata görə, Si Cinpinin Fransaya səfəri 6-7 may tarixlərində baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top