Kadırovun oğlu Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin kuratoru oldu


Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Çeçenistandakı Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin kuratoru təyin edilib
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz “Telegram” kanalında məlumat verib.
on altı yaşlı oğlu Adam Kadırovun Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin kuratoru təyin edildiyini bildirib .
“...Əziz qardaşım, Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin rəhbəri Baybetar Vayxanovun xahişi ilə mən Adam Kadırovu universitetin kuratoru təyin etmək qərarına gəldim”, - Kadırov yazıb.
Qeyd edək ki, keçən ilin dekabrında Adam Kadırovun Baysanqur Benoyevski batalyonunun kuratoru olması barədə məlumat yayılmışdı.
Fevral ayında isə Adam Kadırov Birl\əşmiş Ərəb Əmirliklərində (BƏƏ) iştirak etmədiyi xüsusi təyinatlıların komanda yarışında medal almışdı.

DİGƏR XƏBƏRLƏR

Top