Tavuşda baş verən çaxnaşma zamanı üç mülki şəxs və iki polis yaralandı


Tavuşun Kirants kəndində baş verən çaxnaşma zamanı 3 mülki şəxs və 2 polis əməkdaşı yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, kənddə baş vermiş hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb.
Xüsusilə, polisin məlumatına görə, aprelin 26-da saat 21:00 radələrində bir qrup şəxs Kirants yaxınlığında yolu bağlayıb və polisin blokun açılması tələbinə tabe olmayıb. Məlumatda qeyd edilir ki, bundan sonra çaxnaşma başlayıb, bu zaman partlayış səsləri eşidilib, təkərlər yandırılıb. Hələlik şəxsiyyəti məlum olmayan şəxslər ictimai asayişi kobud şəkildə pozaraq polisi təhqir edib, itələyiblər.
“Onlar polis istiqamətinə daş atıblar, nəticədə iki əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb və İcevan tibb məntəqəsinə yerləşdirilib”, - məlumatda deyilir.
“Xuliqanlıq” və “vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə” maddələri ilə cinayət işi başlanıb.
Bundan başqa, aprelin 27-nə keçən gecə İcevan tibb mərkəzindən polisin tədbirləri nəticəsində üç mülki şəxsin xəsarətlə gətirildiyi barədə məlumat daxil olub.
Faktla bağlı “Vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və ya sui-istifadə etmə” maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Tavuşun Kirants kəndində keçirilən etiraz aksiyası zamanı magistral yolu zorla açmağa çalışan polis əməkdaşları ilə nümayişçilər arasında əlbəyaxa dava olub.

DİGƏR XƏBƏRLƏR

Top