ABŞ yeni “qiyamət günü təyyarəsi” hazırlayacaq – “Reuters”


ABŞ Hərbi Hava Qüvvələri "qiyamət təyyarəsi" kimi tanınan köhnə “E-4 Nightwatch”u əvəz edəcək təyyarənin hazırlanması üçün 13 milyard dollarlıq müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, müqavilə təyyarə istehsalçısı “Sierra Nevada Corporation” şirkəti ilə bağlanıb. Hava-Dəniz Əməliyyatlarına Nəzarət Mərkəzinin layihəsi üzərində iş Kolorado, Nevada və Ohayo ştatlarında aparılacaq. Ümumilikdə isə layihə üzərində iı 2036-cı ildə tamamlanacaq.
Agentliyin məlumatına görə, “Boeing E-4 Nightwatch” “Boeing 747-200”-ün modernləşdirilmiş varinatı olacaq.
“Boeing E-4 Nightwatch” təyyarəsi havada yanacaq doldurmaq şərti ilə bir həftəyə qədər faziləsiz uçur. Təyyarədə olan bütün avadanlıqlar nüvə partlayışının zərərli amillərindən qorunur. Bu təyyarənin köməyi ilə ABŞ komandanlığı strateji və qeyri-strateji silahlarla əlaqə saxlaya bilir.
Hazırda ABŞ Hərbi Hava Qüvvələrində dörd ədəd belə təyyarə var.

DİGƏR XƏBƏRLƏR

Top