İlham Əliyev həbs olunan jurnalistlərlə bağlı suala belə cavab verdi


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Almaniyada səfərdədir.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı keçiriblər.
Burada jurnalistlərdən biri Azərbaycan Prezidentinə son vaxtlar ölkədə həbs olunan jurnalistlər, bağlanan media qurumları ilə bağlı sual ünvanlayıb.
Prezident İlham Əliyev suala belə cavab verib:
“Azərbaycanda senzura yoxdur, azad internet fəaliyyət göstərir. Yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə, Azərbaycanı medianın inkişfını əngəlləmək istiqamətində addımlar atmaqda tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdidiyyətdən söhbət gedə bilər?
Fərdi məsələlərə, hadisələrə gəldikdə isə, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırır. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir.
Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, bu o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Azərbaycanda azad cəmiyyət var və insanlar azad şəkildə qururlar, yaradırlar, o cümlədən, media nümayəndələri də”.

DİGƏR XƏBƏRLƏR

Top