Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı


Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Yeniavaz.com
xəbər verir ki, qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i Bakı şəhərinin payına düşür.
Paytaxt Bakıdan sonra ən çox qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi Abşeron rayonunda və Sumqayıt şəhərində fəaliyyət göstərir. Abşeronda 8, Sumqayıtda isə 3 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi var.
Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrindəki uşaqların sayı isə 5 766 nəfər olub və onların da 83,5%-i və ya 4 820 nəfəri Bakı şəhərinin payına düşüb.
Azərbaycanda mövcud olan qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı şəhər və rayonlar üzrə aşağıdakı kimi olub:
Bakı ş. – 125
Abşeron r. – 8
Sumqayıt ş. – 3
Bərdə r. – 3
Masallı r. – 2
Quba r. – 1
Lənkəran r. – 1
İmişli r. – 1
Qax r. – 1
Şəki r. – 1
Biləsuvar r. – 1
Salyan r. – 1

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top