Tbilisidə növbəti etiraz aksiyası başladı


Gürcüstan parlamenti qarşısında xarici agentlər haqqında qanunun qəbuluna etiraz olaraq növbəti aksiya keçirilib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, aksiyada bir neçə yüz nəfər iştirak edib.
Bildirilir ki, əksəriyyəti gənclər təşkilatlarının nümayəndələri və tələbələrdən ibarət olan etirazçılar Gürcüstan və Avropa İttifaqının bayraqları ilə duraraq  xarici agentlər haqqında qanuna qarşı şüarlar səsləndiriblər.
Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda Gürcüstan Prezidenti Salome Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etirazına səbəb olan xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib. Bazar ertəsindən müxalifət və vətəndaş fəalları Tbilisidə qanun layihəsinə qarşı mitinqlər keçirib. Etirazlar bəzən polislə toqquşmaya çevrilib. Hüquq-mühafizə orqanları etirazçıları saxlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top