Navalnı üçün anım mərasimi keçirən keşişin xidmətinə qadağa qoyuldu


Moskvanın və bütün Rusiyanın patriarxı Kirill rusiyalı siyasətçi Aleksey Navalnı üçün anım mərasimi keçirən Müqəddəs Məryəmin Şəfaət Kilsəsinin keşişi Dmitri Safronova üç il müddətinə xidmət etməyi qadağan edib.
Yeniavaz.com
“Gazeta.ru” portalına istinadla xəbər verir ki, bu barədə fərman Moskva Yeparxiyasının saytında yerləşdirilib.
Fərmana görə, Safronov xeyir-dua vermək, cübbə və keşiş xaçı taxmaq hüququndan məhrum edilib.
O, qarşıdakı üç ili Novye Vorotnikidəki Böyük Müqəddəs Pimen kilsəsində keçirəcək və keşişin əmrlərini yerinə yetirəcək.
Eyni zamanda, tövbə müddəti başa çatdıqda, Rus Pravoslav Kilsəsi onun sonrakı xidməti ilə bağlı qərar verəcək.
Safronovun xidmətdən uzaqlaşdırılmasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Dmitri Safronov 26 mart 2024-cü ildə Borisov qəbiristanlığında ölümündən 40 gün sonra Aleksey Navalnının anım mərasimini keçirib.

DİGƏR XƏBƏRLƏR

Top