Yamayka da Fələstini tanıdı


Yamayka hakimiyyəti Fələstini tanımaq barədə qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yamayka Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Yamayka hökuməti Fələstin dövlətini tanımaq barədə qərar qəbul edib. Beləlilkə, Yamayka BMT-də Fələstini tanıyan 140-cı dövlət olub”, - deyə bəyanatda qeyd edilib.
“Yamayka uzun müddət davam edən münaqişənin iki dövlətli həllini müdafiə etməyə, İsrailin təhlükəsizliyinə zəmanət verməyə və fələstinlilərin ləyaqətini və hüquqlarını qorumağa davam edəcək. Fələstin dövlətini tanımaqla Yamayka münaqişənin sülh yolu ilə həllinə sadiqliyini gücləndirir”, - deyə ölkənin xarici işlər naziri Kamina Conson Smit bildirib.
Xarici işlər naziri əlavə edib ki, Yamayka Yaxın Şərqdə gərginliyin azaldılması və regionda davamlı sülhün bərqərar edilməsi üçün bütün səyləri dəstəkləyir.
Qeyd edək ki, hazırda Fələstini BMT-yə üzv olan 193 ölkədən 140-ı müstəqil dövlət kimi tanıyıb və dünyanın 95 ölkəsində Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top