İndiyədək 606 İsrail hərbçisi həlak olub


Qəzza zolağında HƏMAS hərəkatına qarşı aparılan döyüş əməliyyatları nəticəsində daha bir İsrail hərbçisi ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bildirilib ki, Qəzza diviziyasının Şimal briqadasında xidmət edən 42 yaşlı çavuş Salm Alkreşat Fələstin anklavının şimal hissəsində döyüş zamanı həlak olub.
O, IDF-nin Qəzza zolağında quru əməliyyatı başlayandan bəri həlak olan 261-ci hərbçisidir. Ümumilikdə isə Fələstin-İsrail münaqişəsi başlayandan bəri həlak olan İsrail Müdafiə Qüvvələri hərbçilərinin ümumi sayı artıq 606-ya çatıb.

DİGƏR XƏBƏRLƏR

Top