“Qəzzada qalan girovlar itkin düşə bilər” – HƏMAS


“Qəzza zolağında saxlanılan girovlar 36 il əvvəl oğurlanaraq yoxa çıxan israilli pilot Ron Aradın taleyini təkrarlaya bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının silahlı qanadı – “İzzəddin əl-Qəssam Briqadası” qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə deyib.
“Çox güman ki, Qəzzada girovlar gələcəkdə Ron Aradla eyni ssenari ilə üzləşəcəklər. İsrail girovların azad edilməsi ilə bağlı danışıqlarda bütün vədlərini yerinə yetirməkdən boyun qaçırmağa və sadəcə vaxt udmağa çalışır”, - Ubeydə bildirib.
Əbu Ubeydə vurğulayıb ki, hazırda “top İsrailin müttəfiqlərinin meydanındadır", lakin vaxt və imkanlar məhduddur:
“HƏMAS-a hər hansı güclü təzyiq cəhdi hərəkatın öz mövqelərini tərk etməsinə səbəb olmayacaq, əksinə, tərəfdarlarını daha şiddətli müdafiə etməyə məcbur edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top