“Neft-qaz gəlirləri işsizlik və yoxsulluğun həlli üçün istifadə edilib” – İlham Əliyev


“Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib. Onlar bərabər şəkildə bölüşdürülür”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda deyib.
“Enerji əməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımız zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlar arasında isə bu göstərici 75 faizdən çox idi. Vəziyyəti təsəvvür edə bilərsiniz. İndi isə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir”, - deyə Prezident qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top