Ərdoğandan Ermənistana xəbərdarlıq: “Fürsət qapıları həmişə açıq qalmır”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan hakimiyyətini Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün mövcud reallıqlara diqqət yetirməyə və real əsaslar üzərində yeni yol xəritələri yaratmağa çağırıb.
Yeniavaz.com
TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərin qondarma erməni soyqırımı ilə bağlı sualına cavabında bildirib.
“İndi regionda yeni nizam qurulur. Reallıqla heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, indiki zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. İndi Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu başa düşür. İndi real əsaslar üzərində yeni yol xəritələri yaratmaq vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporunun onu sürüklədiyi zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar yolunu seçəcək”, - Ərdoğan bildirib.
Onun sözlərinə görə, fürsət qapıları həmişə açıq qalmır və nə qədər ki açıqdır, bundan istifadə etmək lazımdır.
“Bu prosesdə təkcə diaspor deyil, başqaları da Ermənistana təsir göstərməyə çalışır. Biz bunlardan xəbərdarıq. Biz də vaxtaşırı xəbərdarlıq edirik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni bir dövr başlayar”, - Ərdoğan əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top