“Ermənistanın KTMT-də yenidən iştirakı qeyri-mümkün ola bilər” – Paşinyan


“Ermənistanın KTMT-də yenidən iştirakı qeyri-mümkün ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan cəmiyyətinin hakimiyyətə verdiyi “İrəvan niyə KTMT-nin tərkibində qalır?” - sualının cavabını bilmir.
“Sual ondan ibarətdir ki, biz ümid bağlamağa dəyməyən bir təşkilata ümid bağlayırıq, çünki prinsipcə biz ona arxalana bilmərik, nəinki özümüz, həm də başqaları. Bu, təşkilatın reaksiyası və bir sıra ölkələrin bəyanatları ilə əsaslandırılır. “Niyə KTMT-nin üzvü olaraq qalırsınız?” Düzünü desəm, bu suala cavabım yoxdur ”, - Paşinyan bildirib.
Paşinyan həmçinin, İrəvanın KTMT-də iştirakını praktiki olaraq dondurduğunu xatırladıb.

DİGƏR XƏBƏRLƏR

Top