Tayvanda son 24 saatda 250-dən çox zəlzələ olub


Tayvan ərazisində son 24 saat ərzində ən azı 247 zəlzələ və afterşok qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Tayvanın Mərkəzi Meteorologiya Departamentinin məlumatlarına əsaslanan hesablamalar sübut edir.
Məlumata görə, 5,5 bal gücündə ilk yeraltı təkan bazar ertəsi axşam - yerli vaxtla saat 17:08-də (Bakı vaxtı ilə saat 13:08) qeydə alınıb. O vaxtdan Tayvan ərazisində saatda bir neçə zəlzələ qeydə alınıb - onlardan ən güclülərinin maqnitudası 6.0 və 6.3-ə çatıb.
Dağıntılar və təlafatlar barədə hər hansı bir məlumat verilməyib.
Qeyd edək ki, aprelin 3-də Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Hualyan qraflığında 7,2 bal gücündə zəlzələ bütün Tayvanda hiss olunub.
Son məlumatlara görə, 16 nəfər həlak olub, daha 1155 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top