“Sülhməramlılar üçün regionda heç bir funksiya qalmamışdı” – Peskov


“Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiyanın Birinci Kanalında ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərini tanımasından sonra mümkün olub:
“Sülhməramlıların çıxarılması Ermənistanın 1991-ci ilin Azərbaycan sərhədlərini tanımasından sonra regionda formalaşan mövcud reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və orada sülhməramlılara artıq heç bir funksiya qalmayıb. İndi biz tamamilə yeni həyatdan danışırıq. Azərbaycan ərazisi var, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar gedir, bəziləri artıq razılaşdırılıb. İki ölkə arasında sülh müqaviləsi barədə danışıqlar aparılır, burada hələ də razılaşdırılmamış maddələr var”.

DİGƏR XƏBƏRLƏR

Top