Müalicə üçün Azərbaycana gələn əcnəbilərin sayı – Almaniya vətəndaşları da var


Bu ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin 1,2%-i və ya 2 min 497 nəfəri ölkəyə müalicə məqsədi ilə gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, müalicə üçün Azərbaycana ən çox Rusiya vətəndaşları gəlib.
Bu ilin yanvar-fevral aylarında müalicə almaq məqsdi ilə Rusiyadan Azərbaycan 1 639 nəfər səfər edib.
Müalicə üçün Azərbaycana gələn digər xarici ölkə vətəndaşlarının sayı aşağıdakı kimi olub:

Rusiya – 1 639 nəfər
Qazaxıstan – 173 nəfər
Türkiyə - 170 nəfər
Özbəkistan – 166 nəfər
Gürcüstan – 106 nəfər
Qırğızıstan – 23 nəfər
Tacikistan – 16 nəfər
Ukrayna – 14 nəfər
Belarus – 14 nəfər
Moldova – 9 nəfər
İran – 8 nəfər
Almaniya – 3 nəfər
Digər ölklər – 156 nəfər

Elnur Əli

Xəbəri rus dilində oxuyun: Число иностранцев, приехавших в Азербайджан на лечение - Есть и граждане Германии

DİGƏR XƏBƏRLƏR

Top