“Paşinyanın təşkilatın sammitində iştirak edib-etməməsi suveren qərardır” – KTMT


“Ermənistanın Baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirak edib-etməmək qərarı onun ölkəsinin suveren qərarını əks etdirəcək”. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı edib-etməməsi suveren və müstəqil ölkənin qərarıdır. Bundan əlavə, sammitə hələ vaxt var, bu aylarda çox şey dəyişə bilər. Ümid edirəm ki, daha yaxşı olacaq”, - təşkilatın baş katibi bildirib. 
Qeyd edək ki, son vaxtlar İrəvan bəzi inteqrasiya formatlarında görüşləri dəfələrlə buraxıb. O cümlədən, Paşinyan 2023-cü ildə Minskdə keçirilən KTMT sammitində iştirak etməyib, həmçinin respublikanın bu təşkilatda iştirakını dayandırdığını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top