İşğaldan azad olunan bu kənddə 292 tövlə tikiləcək


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ağdam rayonunun Kəngərli kəndində 292 ədəd yaşayış evinin və 292 ədəd tövlənin tikintisi üçün icazə verib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.
Məlumatda göstərilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi 1 ədəd 5 otaqlı, 60 ədəd 4 otaqlı, 156 ədəd 3 otaqlı, 75 ədəd 2 otaqlı yaşayış evinin və ümumi sahəsi 4 088 kv. metr olacaq 292 ədəd tövlənin tikintisinə 15 mart 2024-cü il tarixli ETİ-09/24 saylı sənəd əsasında icazə verib.
Qeyd edək ki, Kəngərli kəndi 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə işğaldan azad olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top