““Fast food” və şirniyyatı çox yedikdə yaddaş itkisi ola bilər” – Həkim


““Fast food” və şirniyyatı çox yemək yaddaşınızın itirilməsinə səbəb ola bilər və bu proses geri dönmür”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə endokrinoloq, tibb elmləri doktoru Zuhra Pavlova teleqram kanalında xəbərdarlıq edib.
Doktor Pavlovanın sözlərinə görə, alimlər müəyyən ediblər ki, yaddaş problemləri yeniyetməlik dövründə çoxlu şirniyyatlar – “fast food”, şirniyyatlar, çörək məhsulları yeyən insanlarda olur:
“Qeyri-sağlam pəhriz öyrənmə və konsentrasiyadan məsul olan nörotransmitter olan asetilkolin səviyyəsini azaldır. Eyni zamanda, daha yetkin yaşda olan insan düzgün qidalansa belə, yaddaş problemləri həll edilməyəcək”.
Endokrinoloq təcrübənin siçovullar üzərində aparıldığını qeyd edib:
“Amma elmdə sınaqlar zamanı heyvanların başına gələnlərin sonradan insanlarda müşahidə edildiyi bir çox hallar olub. Beləliklə, pis yemək vərdişləriniz haqqında düşünmək üçün əsas var”.

DİGƏR XƏBƏRLƏR

Top