Zidan “Bavariya”nın baş məşqçisi ola bilər


“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan gələn mövsümdən etibarən “Bavariya”ya rəhbərlik edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri mənbələrə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, fransalı mütəxəssis Münhenin sabiq baş məşqçisi Yulian Naqelsmann Almaniya millisi ilə müqaviləsini 2026-cı il dünya çempionatının sonuna qədər uzatdıqdan sonra hazırkı məşqçi Tomas Tuxeli əvəz edəcək ilk seçimdir.
Mənbənin sözlərinə görə, danışıqların gedişi ilə tanış olanlar sövdələşmənin baş tutacağına demək olar ki, əmindirlər.
Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. Bu müddət ərzində komanda iki dəfə İspaniya Liqasının qalibi olub, iki dəfə İspaniya Superkubokunu və UEFA Super Kubokunu qazanıb, iki dəfə Klublararası Dünya Kubokunu ələd edib və üç dəfə UEFA Çempionlar Liqasında qalib gəlib.
Zidan həmçinin 2002-ci ildə “Real Madrid”in oyunçusu kimi Avropanın premyer klub turnirinin qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top