Blinken Çinə gedəcək


ABŞ dövlət katibi Antoni Blinken aprelin 23-də Çinə səfər edəcək. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı diplomat və rəsmilərə istinadla məlumat yayıb.
Məlumata görə, dörd günlük səfər zamanı Blinken yüksək səviyyəli Çin rəsmiləri ilə görüşəcək.
Nəşr yazır ki, dövlət katibinin səfəri ticarətlə bağlı artan gərginlik, Çinin Rusiya ilə yaxınlaşması və Cənubi Çin dənizində Filippinə qarşı aqressiv hərəkətləri fonunda baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top