Prezident onu Mikayıl Cabbarova müavin təyin etdi – Dosye


Anar Ədalət oğlu Axundov Prezident İlham Əliyevin 2024-cü il 16 aprel tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat dərc olunub.
Qeyd edək ki, A. Axundov 1975-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib.
Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, həmçinin bir sıra kommersiya banklarında çalışıb. 1999-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib. 2004-2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru olub. 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib. 2014-2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.
2022-ci ildə prezidentin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.
Ailəlidir, 2 övladı var.

DİGƏR XƏBƏRLƏR

Top