“Sərhədlərin delimitasiyasına qədər növbədənkənar seçki olmayacaq” – Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası prosesi başa çatana qədər növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Paşinyan baş verənləri qlobal geosiyasi dəyişikliklərə reaksiya adlandırıb.
“Düşünürəm ki, bu, (növbədənkənar seçkilər) bizə lazım deyil. Bizim gördüyümüz iş qlobal geosiyasi dəyişikliklərə reaksiyadır”, - deyə Baş nazir Berkaber (Bibiş) kənd sakininin Azərbaycanla sərhədin delimitasiyasına qədər növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bildirib.

DİGƏR XƏBƏRLƏR

Top