Qəzzada hərbi əməliyyat qurbanlarının sayı 33,9 minə çatır


İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu yana həlak olan fələstinlilərin sayı 33 min 899-a çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
“Ötən il oktyabrın 7-dən Qəzzada İsrailin təcavüzü qurbanlarının sayı 33 min 899 nəfərə yüksəlib, 76 min 664 nəfər isə yaralanıb”, - məlumatda bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, təkcə son 24 saat ərzində anklavda 56 nəfər ölüb, 89 nəfər yaralanıb.
Məlumata görə, ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır, xilasedicilər və həkimlər hələ də onlara çata bilmirlər.

DİGƏR XƏBƏRLƏR

Top