Paşinyan Əskiparaya getdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “News.am” portalı məlumat yayıb.
Məlumata görə, Paşinyan burada Əskipara kəndinin sakinləri ilə görüşüb. İclasın mövzusu Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsi olub.
Qeyd edək ki, Paşinyan bu il artıq ikinci dəfədir ki, Əskipara kəndinə gedir.
Xatırladaq ki, Paşinyan son mətbuat konfransında bu kəndlərin Ermənistana aid olmadığını bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top