ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək


Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-nin yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sallivanın sözlərinə görə, İranın İsrailə hücumundan sonra ABŞ Prezidenti Co Bayden Vaşinqtonun müttəfiqləri və tərəfdaşları, o cümlədən G7, Konqresdəki Demokrat və Respublikaçı partiyalarının liderləri ilə birlikdə Tehrana qarşı yeni sanksiyalar hazırlamağa başlayıb.
Sallivan İrana qarşı tətbiq ediləcək yeni sanksiyaların Tehranın raket və pilotsuz təyyarə proqramlarını əhatə edəcəyini, bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və İran Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən şirkətlərə qarşı da yeni sanksiyalar tətbiq olunacağını bildirib.
Sallivan həmçinin ümid etdiyini bildirib ki, Vaşinqtondan sonra ABŞ-nin müttəfiqləri və tərəfdaşları da İrana qarşı öz sanksiyalarını tətbiq edəcəklər.
Prezidentin köməkçisi Tehrana təzyiqlərin bundan sonra da davam edəcəyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top