Aytən Səfərova yol qəzasına düşüb – Ölən var


Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat yayıb.
Bildirilib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb:
“Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır”.
Qeyd edək ki, Aytən Piriyeva tanınmış aparıcı Aytən Səfərovadır. Onun müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top