“İran öz maraqlarına qarşı yönələn hərəkətlərə daha sərt cavab verəcək” – Rəisi


“İran öz maraqlarına qarşı yönəlmiş istənilən hərəkətə gələcəkdə daha sərt reaksiya vermək niyyətindədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İran İslam Respublikasının prezidenti İbrahim Rəisi deyib.
“Biz qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı yönəlmiş istənilən hərəkətə əvvəlkindən daha sərt, geniş və kəskin cavab verəcəyik”, - Rəisi öz bildirib.
İran Prezidenti qeyd edib ki, ABŞ və bəzi digər Qərb ölkələrinin dağıdıcı rolu, həmçinin beynəlxalq qurumların, o cümlədən BMT və Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi və səmərəsizliyi İran İslam Respublikasını BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, öz qanuni müdafiə hüququndan istifadə etməyə sövq edib.

DİGƏR XƏBƏRLƏR

Top