Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 17,8 min nəfərin yaşadığı Nişinomote şəhərindən (Kyuşu adası) 157 km cənub-şərqdə, 8 km dərinlikdə yerləşib.
“Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb”, - məlumatda deyilir.