Həkim mədəaltı vəzi xərçənginin əsas təhrikçilərini açıqladı


Mədəaltı vəzi xərçənginin inkişaf riskinin əsas təhrikçilərindən biri şəkərli diabetdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onkoloq Elizaveta Vasilyeva gazeta.ru-ya müsahibəsində bildirib.
Həkim xəbərdarlıq edib ki, mədəaltı vəzi xərçəngi ən aqressiv növlərdən biri hesab olunur və xəstəliyin heç bir əlamətinin olmaması səbəbindən onun erkən mərhələdə aşkarlanması çətindir:
“Bəzi hallarda mədəaltı vəzi xərçənginin simptomları digər xəstəliklər kimi gizlədilə bilər, ona görə də insan uzun müddət onlara heç bir əhəmiyyət vermir”.
Eyni zamanda, onkoloq bu növ xərçəngin inkişafına səbəb ola biləcək bir sıra amillərin olduğunu qeyd edib:
“İlk növbədə pankreatit və ya mədəaltı vəzinin iltihabı. Uzun müddət davam edən xroniki iltihabi proseslər xərçəngə tutulma riskini 25 dəfə, irsi pankreatiti isə 70 dəfə artırır. Bundan əlavə, xərçəngin inkişafı şəkərli diabet və pis vərdişlər - siqaret və spirtli içkilər tərəfindən təhrik edilir. Sübut edilmişdir ki, mədəaltı vəzi xərçəngi hallarının 33 faizə qədəri siqaretlə bağlıdır. Dəhşətli xəstəliyə yoluxmamaq üçün çox siqaret çəkənlər bu vərdişdən qurtulmalıdırlar”.
Vasilyeva başqa bir risk faktorunun pis qidalanma olduğunu bildirdi:
“Böyük miqdarda heyvan yağı istehlak edərkən, hüceyrə mutasiyası baş verir, bunun nəticəsində şişlər meydana gəlməyə başlayır”.

DİGƏR XƏBƏRLƏR

Top