İsrail ordusu İranın hücumuna cavab verəcəyini açıqladı


“İsrail İrandan gələn hücumdan sonra atılacaq addımları düşünür”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri İsrail Hərbi Hava Qüvvələrinin Nevatim bazasına səfəri zamanı İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Biz gələcək addımları nəzərdən keçiririk. Bu qədər raket, qanadlı raket və PUA-nın İsrail dövlətinin ərazisinə İrandan atılması cavabla qarşılanacaq”, - Halevi deyib.
Qeyd edək ki, Baş Qərargah rəisinin açıqlamalarını ordunun mətbuat xidməti yayıb.

DİGƏR XƏBƏRLƏR

Top