“Apple” ən böyük smartfon istehsalçıları siyahısında liderliyini itirdi


Amerikanın “Apple” şirkəti ən böyük smartfon istehsalçıları siyahısında liderliyini itirərək, birinci yeri Cənubi Koreyanın “Samsung” şirkətinə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi IDC beynəlxalq tədqiqat və konsaltinq şirkətinin araşdırmasına istinadla məlumat yayıb.
Şirkətin məlumatına görə, bu ilin birinci rübündə “iPhone” tədarükü təxminən 10% azalıb. Bu, “Android” smartfon istehsalçılarının artan rəqabəti ilə bağlı baş verib. “Apple” ilin əvvəlində 50,1 milyon “iPhone” satıb ki, bu da ötən ilin eyni dövründən 5,3 milyon azdır (55,4 milyon ədəd).
Təkcə Çində “Apple” smartfonlarının tədarükü 2023-cü ilin son rübündə bir il əvvəllə müqayisədə 2,1% azalıb.
Ümumilikdə, yanvar-mart aylarında qlobal smartfon tədarükləri 7,8% artaraq, 289,4 milyon ədəd təşkil edib. Bu siyahıda “Samsung”un payı 20,8%, “Apple”ın payı 17,3%, “Xiaomi”nin payı isə 14,1% olub.
Bu ilin əvvəlində ən son “Galaxy S24” flaqman smartfon seriyasını təqdim edən “Samsung” ilin ilk rübü üçün 60 milyondan çox telefon satıb.

DİGƏR XƏBƏRLƏR

Top