“Ukraynadakı müharibədə 49 mindən çox rus əsgəri ölüb” – “Mediazona”


“29 mart tarixinə qədər Rusiyanın Ukraynaya genişmiqyaslı işğalında iştirak edən 49 281 rus hərbçisinin öldüyü açıq mənbələr tərəfindən təsdiqlənib”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Mediazona” və “BBC Rus Xidməti”nin jurnalistləri, həmçinin könüllülər qrupunun araşdırmaları deyir.
Bildirilir ki, son iki həftə ərzində ölən Rusiya hərbçilərinin siyahısına 1580 nəfərin adı əlavə edilib. Jurnalistlərin məlumatına görə, ölənlər siyahısına ordunun və digər təhlükəsizlik qüvvələrinin 3300-dən çox zabiti daxildir ki, onlardan 386-sı polkovnik-leytenant və ondan yuxarı rütbəli şəxslərdir.
“Mediazona” öz hesabatında “Verstka” nəşrinin Rusiyada yeni səfərbərlik dalğasının hazırlandığını və Rusiya Müdafiə Nazirliyinin yaxın vaxtlarda daha 300 min insanı müharibəyə göndərməyi planlaşdırdığına diqqət çəkib. Müstəqil müşahidəçilər əvvəllər dəfələrlə iddia edibkər ki, Vladimir Putin prezident seçildikdən sonra Rusiyada yeni səfərbərlik başlaya bilər. Rusiya Müdafiə Nazirliyi hələlik belə planların olmadığını deyib.
Məlumata görə, itkilərə əsasən, Rusiya ordusunda hələ də könüllülər var - və məhz onlardan (həmçinin məhbuslardan) tez-tez Ukrayna mövqelərinə hücum etmək üçün istifadə olunan hücum qoşunları yaradırlır. Səfərbər edilmişlər də döyüş əməliyyatlarında iştirak edir və itkilər verirlər, lakin indi onların könüllülərdən daha az hissəsi ölür.

DİGƏR XƏBƏRLƏR

Top