“Türkiyə Fələstin xalqına müstəqil dövlət qurulana qədər dəstək olacaq”


“Türkiyə Fələstin xalqına İsrail tərəfindən işğal olunmuş ərazilərini geri qaytarana və paytaxtı Şərqi Qüds olan müstəqil dövlətə sahib olana qədər dəstək verəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda martın 31-də respublikada keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində keçirilən mitinqdə deyib.
“Fələstinlilər azadlıq əldə etməyincə, işğal olunmuş əraziləri geri qaytarmayınca və paytaxtı Şərqi Qüds olan müstəqil dövlət əldə etməyincə dayanmayacağıq”, - prezident deyib.
Ərdoğan İsraili növbəti dəfə qanunsuzluqda, qəddarlıqda və Qəzza zolağının sakinlərinə qarşı cinayətlər törətməkdə ittiham edib:
“Biz Qəzzaya humanitar yardım göstərməklə də dəstək veririk; bu günə kimi bölgəyə təyyarə və gəmi ilə 40 min tondan çox humanitar yardım göndərmişik. Dünən Qəzzaya 125 min ərzaq bağlaması çatdırmaq üçün səkkizinci humanitar gəmini Misirə göndərdik. Biz İsrailə təzyiqi artırmaq üçün fəal səylər göstəririk, uşaqlara, qadınlara və qocalara qarşı soyqırımı törədənlərin qanun qarşısında ədalət qarşısında cavab verməsi üçün əlimizdən gələni edirik və Fələstin xalqının və dövlətinin tərəfində möhkəm dayanırıq”.

DİGƏR XƏBƏRLƏR

Top