“Aİ-yə namizəd statusunun əldə edilməsi Ermənistan üçün ən arzuolunan variantdır” – Simonyan


“Avropa İttifaqına (Aİ) namizəd statusunun əldə edilməsi Ermənistan üçün ən düzgün və arzuolunan variantdır”.
Yeniavaz.com
“İnterfaks”a istinadla xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan bildirib.
“Bizim üçün Aİ-yə namizəd statusunun əldə edilməsi ən düzgün və arzuolunan variantdır. Və bunun hansı proses çərçivəsində həyata keçirilməsi vacibdir. Çox şeyi Avropa standartlarına uyğunlaşdırmaq lazımdır”, - Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan başqa bir sistemə - Avrasiya İqtisadi İttifaqına (Aİİ) cəlb edilənə qədər həmişə Avropa İttifaqına gedən yolda olub.
Qeyd edək ki, Simonyan bundan əvvəl jurnalistlərə Ermənistanın hazırda Aİ-yə daxil olmaq üçün ərizə vermək məsələsini müzakirə etmədiyini bidirmiş, ölkənin Aİ-yə namizəd statusu üçün müraciət etməzdən əvvəl Avropa standartlarına cavab vermək üçün çox iş görməli olduğunu qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top