Trampın sosial şəbəkəsinin qiyməti 9 milyard dollara çatdı


Donald Trampın “Truth Social” adlı sosial şəbəkəsinin sahibi “Trump Media & Technology” şirkətinin birja dəyəri ticarətin ilk günündə bir yarım dəfə artaraq 9 milyard dollara çatıb.
Yeniavaz.com
“Financial Times”a istinadla xəbər verir ki, Trampın şirkətdəki payı (58 faiz) 4,6 milyard dollar qiymətləndirilir.
NASDAQ birjasında ticarətin ilk günündə şirkətin qiyməti bir səhm üçün 49,95 dollardan 79,38 dollara yüksəlib, bağlanış zamanı isə qiymət 57,99 dollar olub.
Ancaq ekspertlər bunun biznes perspektivinin göstəricisi olmadığını bildiriblər.  
“Bu, biznes perspektivinin göstəricisi kimi deyil, Tramp tərəfdarları arasında həvəs kimi qəbul edilməlidir”, - deyə birja analitiki Tomas Hayes bildirib.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da Vaşinqtonda Kapitoliyə hücumdan sonra Tramp əsas sosial şəbəkələrdə bloklanıb və o, böyük texnologiya şirkətlərinin “tiranlığına” qarşı əks addım kimi öz platformasını yaratdığını elan edib. Tramp “Truth Social”ı “Facebook”, “X” və “YouTube”a alternativ kimi təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top