“ABŞ-də respondentlərin 50%-dən çoxu Qəzzadakı hərbi əməliyyatı dəstəkləmir”


“İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlarına dəstək son aylarda ABŞ sakinləri arasında əhəmiyyətli dərəcədə azalıb”.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bunu “Gallup” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri göstərib.
Dərc edilmiş məlumatlara görə, tədqiqat iştirakçılarının 55%-i yəhudi dövlətinin Qəzzada hərbi əməliyyatlarını bəyənmədiyini, 36%-i əks fikirdə olduğunu bildirib, 9%-i isə cavab verməyib.
Qeyd edilir ki, noyabrda respondentlərin 45%-i İsrailin hərəkətlərinin əleyhinə olub, 50%-i dəstəkləyib, 4%-i cavab verməkdə çətinlik çəkib.
Respondentlərin 74%-i, mart ayında keçirilən sorğunun nəticələrinə görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə bağlı Yaxın Şərqdə baş verənləri çox yaxından və ya kifayət qədər yaxından izlədiklərini bildirib.
Bildirilir ki, sorğu martın 1-dən 20-dək ölkə üzrə 1 016 nəfər arasında aparılıb. Onlara telefonla suallar verilib.

DİGƏR XƏBƏRLƏR

Top