Rusiyaya satdığımız yumurtanın qiyməti 5% aşağı salınıb


Bu ilin yanvar ayı ərzində Azərbaycandan Rusiyaya 4 milyon 284 min ədəd yumurta ixrac olunub.
Yeniavaz.com
xəbər verir ki, Rusiyaya ixrac olunan yumurtanın bir ədədinin orta gömrük dəyəri 16 qəpik (9,5 sent) olub.
Məlumat üçün bildirək ki, şimal qonşumuz Rusiyada yaşanan yumurta çatışmazlığı səbəbindən ötən ilin dekabr ayının 19-dan etibarən Azərbaycandan bu ölkəyə yumurta ixracı həyata keçirilir. Ötən ilin dekabr ayında Azərbaycandan Rusiyaya 1 milyon 224 min ədəd (72 ton) yumurta ixrac olunub və 1 ədədinin orta gömrük dəyəri 16,8 qəpik (9,9 sent) olub.
Məlumatlardan da göründüyü kimi, Azərbaycandan Rusiyaya satılan yumurtanın gömrük dəyəri dekabr ayı ilə müqayisədə yanvar ayında 4,8% ucuzlaşıb.
Onu da qeyd edək ki, AQTA-nın açıqladığı məlumatda Rusiyaya ixrac olunan yumurtanın “Giləzi Quşçuluq” şirkətinə məxsus olduğu qeyd olunub. Hazırda ölkənin aparıcı supermarketlərinin birində “Giləzi Quşçuluq” şirkətinə məxsus yumurta 17 qəpiyə satılır. Bu isə o deməkdir ki, Rusiyaya ixrac olunan yumurtanın orta gömrük dəyəri (16 qəpik) yumurtanın daxili bazardakı qiymətindən (17 qəpik) aşağıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top