Məşhur aktyorun filmdə çəkildiyi köynək 54 min manata satıldı – Foto


İngilis aktyoru Kolin Förtün Ceyn Ostinin “Qürur və Qərəz” romanı əsasında çəkilən eyniadlı serialda geyindiyi kətan köynək hərracda 25 min funt sterlinqə (təxminən 54 min manat) satılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, “Kerry Taylor Auctions” tərəfindən hərraca çıxarılan köynək böyük marağa səbəb olub və dəyərindən üç dəfə baha satılıb.
Aktyor bu köynəyi Fitsvilyam Darsi rolunu oynadığı BBC-nin “Qürur və Qərəz” (1995) mini serialında geyinib. Förtün kətan köynəyi digər məşhur televiziya və kino filmlərinin aktyorlarının geyimləri ilə birlikdə hərraca çıxarılıb. Onlardan ən bahalısı Madonnanın “Evita” (1996) musiqili filmində geyindiyi çəhrayı “Christian Dior” paltarı olub. Alıcı 70 il əvvəl hazırlanmış paltar üçün 50 min funt-sterlinq (təxminən 108 min manat) ödəyib.

DİGƏR XƏBƏRLƏR

Top