İsrail “Avroviziya” mahnısını dəyişməyə razı oldu


İsrail ölkəsini “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək mahnının sözlərinə yenidən baxmağa razılaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin “Kan” ictimai radiosu məlumat yayıb.
Bu, mahnının sözlərində siyasi komponent gördüyü üçün İsraillə Avropa Yayım Birliyi (AYB) arasında fikir ayrılıqları fonunda baş verib.
Məlumata görə, İsrail müsabiqəyə təqdim etdiyi iki mahnını diskvalifikasiya etmək istəyən “Avroviziya” Müşahidə Komitəsinin mövqeyi ilə razılaşmayıb. Lakin korporasiyanın idarə heyətinə müraciət edən və lazımi düzəlişlər etməyi təklif edən ölkə Prezidenti İsaak Hersoqun məsləhətinə əməl etmək qərara alınıb.
Bu il “Avroviziya”da iştirak etmək üçün İsraildən ölkənin Kfar Sava şəhərində anadan olan, ancaq uşaqlığını Moskvada keçirən 20 yaşlı Eden Qolanın ifa etdiyi “Oktyabr yağışı” mahnısı seçilib.
“Kan” yazır ki, “Avroviziya” təşkilatçıları mahnının məzmununda “siyasi mahiyyət” gördükləri üçün bu kompozisiyadan imtina ediblər. Digər tərəfdən, Qolan üçün yazılmış “Dancing Forever” adlı başqa bir mahnı da rədd edilib.
“Kan”ın bildirdiyinə görə, hər iki mahnının müəlliflərinə tam yaradıcılıq azadlığını qorumaq şərtilə sözləri yenidən işləmək tövsiyə olunub.
İsrail ictimai radiosu xəbər verir ki, yeni mahnının “Oktyabr yağışı” (“October Rain”) əsasında yazılacağı və “Qasırğa” (“Hurricane”) adlandırılacağı planlaşdırılır.
Qeyd edık ki, “Avroviziya” 1956-cı ildən Avropa Yayım Birliyinə üzv ölkələr arasında keçirilən beynəlxalq pop mahnı müsabiqəsidir. Hazırda AYB-yə 50-dən çox ölkədən (əsasən də Avropadan) 110-dan çox şirkət daxildir. “Avroviziya” Mahnı Müsabiqəsinin verilişləri illik təxminən 180 milyon tamaşaçı auditoriyası toplayır.
Xatırladaq ki, ““Avroviziya 2024” mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top