Zelenski “Netflix” serialında rol aldı – Video


Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Netflix” yayım platformasında “Turning Point: The Bomb and the Cold War” (“Həlledici an: Bomba və Soyuq Müharibə”) sənədli serialında rol alıb.
Yeniavaz.com
xəbər verir ki, doqquz seriyadan ibarət layihənin treyleri yutubda yayımlanıb.
Serial martın 12-də yayımlanacaq. Personajlar soyuq müharibənin ilkin şərtlərini, nüvə bombasının yaradılmasını, SSRİ-nin dağılmasını və Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklər. Treylerdə Zelenski bildirib ki, Rusiya Ukraynanı öz mülkü hesab edir.
Serialda Ukrayna prezidenti ilə yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays da iştirak edəcək.

 

DİGƏR XƏBƏRLƏR

Top