Teylor Svift 2023-cü ilin ən çox satılan musiqi sənətçisi oldu


Amerikalı müğənni Teylor Svift ardıcıl ikinci il ən çox satılan musiqi sənətçisi kimi tanınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Səsyazma Sənayesi Federasiyasının (IFPI) dərc etdiyi 2023-cü il illik hesabatında deyilib.
“Anti-Hero”, “Cruel Summer”, “Lover” müəllifi dördüncü dəfə (2014, 2019, 2022, 2023) bu ada nail olub.
IFPI qaydalarına əsasən, hər bir sənətçi üçün yekun xal hesablanarkən onun bəstələrinin axın platformalarında və fiziki mediada satışları, həmçinin yüklənmələrin sayı nəzərə alınır.
İkinci və üçüncü yerlərdə Cənubi Koreyanın iki oğlan qrupu qərarlaşıb: “SEVENTEEN” və “Stray Kids”.
Ən yaxşı 5 ifaçı sırasına kanadalı reper Drake və The Weeknd kimi tanınan kanadalı musiqiçi Abel Makkonen Tesfaye də daxildir.
Qeyd edək ki, fevral ayında Svift ilin albomu nominasiyasında “Qremmi” mükafatını qazanaraq, mükafat tarixində bu kateqoriyada ən çox mükafat alan rekorda imza atıb.

DİGƏR XƏBƏRLƏR

Top