
“Media üçün ən gözəl yol xəritəsi, onu öz başına buraxmaqdır. Medianı idarə etmək lazım deyil”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri İctimai Televiziyanın efirində yayımlanan “Diqqət mərkəzi - Yekun” verilişində Media.az saytının rəhbəri Həmid Həmidov səsləndirib. O bildirib ki, belə olan halda maraqlı media qurumları öz fəaliyyətini davam etdirər, maraqsızlar isə bağlanmalı olarlar.
Bu zaman verilişin aparıcısı Mətbuat Şurasının da lazımlı olub-olmadığını soruşub. H. Həmidlinin bu suala cavabı belə olub: "Lazım deyil. Mətbuat Şurası nəyə lazımdır? Mitinqdə jilet paylamağa?".
H. Həmidli həmçinin medianın inkişafı üçün azad tənqidin şərt olduğunu da qeyd edib: “Mənim saytım necə maraqlı ola bilər? Əgər orada tənqidlər olarsa. Mən qorxmamalıyam ki, sabah tənqid yazsam, mənə təzyiq olacaq, gəlib sabah saytı bağlayacaqlar. Yəni, mən azad şəkildə tənqid yaza bilməliyəm. Təbii ki, tənqid də müəyyən çərçivələr içində olmalıdır”.
Verilişdən görüntüləri təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz