Türkiyə ordusu Afrin və Bitlisdə 4 şəhid verdi

Suriyanın Afrin bölgəsində ərazini mina və əldəqayırma partlayıcı qurğulardan təmizləyərkən Türkiyə ordusunun 3 hərbçisi şəhid olub.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, terrorçuların daha əvvəl yerləşdirdikləri əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 3 əsgər şəhid olub. Bundan başqa, Türkiyənin Bitlis vilayətində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyatdan daha bir türk əsgəri şəhid olub, bir əsgər isə yaralanıb. Burada da daha əvvəl yerləşdirilən əldəqayırma partlayıcı qurğununun işə düşdüyü bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top