Müğənni Zuhal Olcay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə mühakimə olunduğu məhkəmə işində 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumaa görə, Z. Olcay 2016-cı il avqustun 5-də bir məkanda mahnı oxuyarkən R. T. Ərdoğana qarşı təhqir sayıla biləcək əl hərəkəti edib. Prokuror müğənni üçün 4 il 8 aya qədər həbs cəzası istəmişdi.